Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti nə vaxta kimi davam edəcək?

Hazırda oxunan: Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti nə vaxta kimi davam edəcək?

199076

Ötən gün şimal-qərb bölgəsində temperatur müsbət 30-32 dərəcəyə kimi yüksəldiyi halda bu səhəri sakinlər yağışlı hava ilə açıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, səhər saatlarından bölgə rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür.

Göy guruldayır, külək əsir, leysan yağışları yağır. Havanın temperaturu 16-18 dərəcə təşkil edir ki, bu da ötən günə nisbətən iki dəfəyə yaxın temperaturun enməsi deməkdir. Küləklə müşayiət olunan leysan yağışları hər hansı fəsad yaratmasa da, səhər saatlarında elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Bu da təhlükəsizlik tədbirləri olaraq həyata keçirilib.
İyun ayının son günləri yağışların yağması ilk növbədə taxıl biçinlərinin ləngimisinə, məhsulun dəninin keyfiyyətinə təsir göstərə bilər. Bitkiçilik üzrə mütəxəssis Sahib İbrahimov bildirir ki, indi taxıl biçinlərinin ən qaynar dövrüdür və bir gün geçikmə fermerə ziyana başa gəlir.

Regional Hidrometeorologiya Müəssisəsindən verilən ilkin məlumata əsasən, bölgədə qeyri-sabit hava şəraiti sabaha kimi davam edəcək.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin