İntihar edən 20 yaşlı gəlindən XƏBƏR VAR – Olay yerindən TÜKÜRPƏDİCİ FOTOLAR

Hazırda oxunan: İntihar edən 20 yaşlı gəlindən XƏBƏR VAR – Olay yerindən TÜKÜRPƏDİCİ FOTOLAR

19907

Sabirabad rayonunda 20 yaşlı qadının intihar etdiyi ilə bağlı xəbər vermişdik. Hadisə 10 gün əvvəl rayonun Cavad kəndində, qadının ər evində yaşanıb. 2001-ci il təvəllüdlü Zeynalova Səmayə Xalid qızının özünü yaşadığı evin həyətindəki nar ağacından asdığı bildirilir. 

Səmayə Zeynalovanın əmisi Xanhüseyn Quliyev Bizim.Media-ya qardaşı qızının müəmmalı ölümünü əks etdirən fotolar ünvanlayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Qətl yoxsa özünəqəsd? – Sabirabadda ölüm həddinə çatdırılan gəlinin telefonu niyə sıfırlanıb? – Əmisi DANIŞDI



Fotolardan belə məlum olur ki, gənc gəlinin özünü asdığı nar ağacının budağı həddindən artıq kövrək və elastikdir. 1 metr 72 sm boyu olan qızın ağacın əlavə qovşağından özünü asması və ölməsi inandırıcı gəlmir.  

Xanhüseyn Quliyevin sözlərinə görə qardaşı qızının ekspertiza rəyinin cavabı hələki verilməyib:

“Ər evinə gedib balamın cehizlərini geri gətirdik. Orada da deyirdilər ki son zamanlar Səmayənin psixoloji durumu pozulubmuş. Ekspertiza rəyi isə hələ də gecikdirilir. Götürülən nümunələr Bakıya göndərilsə də cavab yoxdur. Ümid edirəm ki, cavablar gələndən sonra ölümün səbəbləri aydın olacaq. Amma işimizə etinasız yanaşılır. Bilmirik neyniyək...”

Qeyd edək ki, intihar etdiyi deyilən 20 yaşlı Səmayə Zeynalova 3 il əvvəl ailə həyatı qurub. 1 yaş 6 aylıq oğlu var. 

Sabirabad rayon prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanılıb. İstintaq davam etdirilir.

Alçina Amilqızı, Bizim.Media 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin