CBC telekanalına yeni baş direktor təyin edilib.
xa0
Moderator.az-ın APA-ya istinadən xəbərinə görə, bu vəzifəyə Vüqar Xəlilov təyin olunub.
xa0
ATV telekanalının prezidenti, CBC TV-nin keçmiş baş direktoru Azər Xəlilov faktı təsdiqləyib.
xa0
Onun sözlərinə görə, bu gün CBC telekanalının təsisçisi, “SOCAR Media”x9d İctimai Birliyinin sədri Xalik Məmmədov V. Xəlilovu kollektivə təqdim edib.xa0xa0
xa0
Qeyd edək ki, təcrübəli jurnalist Vüqar Xəlilov Azər Xəlilovun qardaşıdır.
































































































