Nərimanovda “XƏMSƏ”x9d çempionları mükafatlandırıldı - FOTOLAR

Hazırda oxunan: Nərimanovda “XƏMSƏ”x9d çempionları mükafatlandırıldı - FOTOLAR

198999
Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında V Azərbaycan Çempionatının Nərimanov rayon mərhələsinin qalibləri mükafatlandırıldı.

13 noyabr 2017-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında “XƏMSƏ”x9d Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında V Azərbaycan Çempionatının Nərimanov rayon mərhələsinin final oyunu və mükafatlandırma mərasimi keçirilib.
Oyunun keçirilməsində məqsəd yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq, onlar arasında biliklərin və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.
Qeyd edək ki, oyunlar 10-13 noyabr 2017-ci il tarixdə keçirilib və oyunda rayon ərazisində yerləşən 15 orta ümumtəhsil məktəblərinin komandaları iştirak etmişdir.
Onlardan I yeri 212 saylı tam orta məktəbin, II yeri 47 saylı tam orta məktəbin, III yeri 93 saylı tam orta məktəbin və IV yeri S.Pişəvəri adına humanitar fənnlər gimnaziyasının komandaları tutmuşlar.
Qalib gələn komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunmuşlar.
ФотоФотоФотоФото
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin