Goranboy rayonu M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Bu barədə Bizim.Media-ya Goranboy Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində 2018-2023-cü illər ərzində əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla dövlət büdcəsindən ayrılmış xeyli miqdarda pul vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:54 / 25.06.2024
Goranboy məktəbində MƏNİMSƏMƏ - Cinayət işi açıldı
Hazırda oxunan: Goranboy məktəbində MƏNİMSƏMƏ - Cinayət işi açıldı
Hazırda oxunan: Goranboy məktəbində MƏNİMSƏMƏ - Cinayət işi açıldı
198997
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.