Əlilliyi müəyyən edilmiş şəxsə verilən reabilitasiya vasitələrinin satılması və bağışlanması qadağan edilib.
Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Belə ki, sənədə yeni bənd əlavə olunub. Qeyd edilib ki, bu Qaydanın 3.14-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, şəxsə verilmiş reabilitasiya vasitələrinin satılması və ya bağışlanması qadağandır.
Qaydanın 3.14-cü bəndi isə belədir: Minik avtomobili verilmiş şəxs vəfat etdikdən sonra avtomobil onun ailə üzvündən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır və vəfat etmiş Şəxsin ailəsinin mülkiyyətinə verilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:05 / 25.06.2024
Əlillərə verilən avtomobillərin satılması və bağışlanması QADAĞAN OLUNDU
Hazırda oxunan: Əlillərə verilən avtomobillərin satılması və bağışlanması QADAĞAN OLUNDU
Hazırda oxunan: Əlillərə verilən avtomobillərin satılması və bağışlanması QADAĞAN OLUNDU
Əlilliyi olan şəxslərin reabilitasiya vasitələrinin satılması və bağışlanması qadağan edilib. Baş nazir Əli Əsədov tərəfindən qərar imzalanıb. Əlillilərə verilən avtomobillərin satılması və bağışlanması artıq qanunla qadağan edilib.
198967
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.