“İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə yetkinlik yaşına çatmayan şəxslər barədə dini kəbinkəsmə ilə bağlı sanksiyalar müəyyənləşir”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa deyib.
“Dini kəbinkəsmə sözü qanunda istifadə edilməməlidir. Bu, qanundan kənarda şəxsi istəklə edilə bilər. Biz ümumiyyətlə, bu proseduru tanımamalıyıq. Dini kəbinkəsmə anlayışını dövlət hüquqi proses kimi tanımamalıdır. Yeganə nikah dövlətin müəyyən etdiyi qurumlarda bağlanmalıdır. Savadlı və ya savadsız mollalar tərəfindən kəbin kəsilməsi müzakirə edilməməlidir. Bu, qanundan kənar proses olmalıdır. Yoxsa biz bunun nəticələrini görəcəyik. İnsanların özünün inancı varsa, fərdi qaydada kəbin kəsə bilər. Onsuz da insanlar mövhumata inanır, fala baxdırmağa da gedir” – deyə deputat bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:26 / 25.06.2024
Fazil Mustafa: “"Dini kəbin" ifadəsi qanunda istifadə edilməməlidir”
Hazırda oxunan: Fazil Mustafa: “"Dini kəbin" ifadəsi qanunda istifadə edilməməlidir”
Hazırda oxunan: Fazil Mustafa: “"Dini kəbin" ifadəsi qanunda istifadə edilməməlidir”
Fazil Mustafa, inzibati xətalar məcəlləsində dini kəbin kəsmə məsələsini qanunlaşdırmanın doğru olmadığını vurğulayıb. Nikahların dövlətin müəyyən etdiyi qurumlarda bağlanması və dini kəbinkəsmənin qanundan kənar bir proses olması gerektiyini vurğulamışdır.
198957
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.