"İnanmıram ki, Əhməd cinayəti tək törədib".
Bizim.Media xəbər verir ki, bunu "unikal.az"a açıqlamasında ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun xalası Şəfaqət Bədəlova deyib.
O bildirib ki, bacısı oğlu Əhməd Əhmədova qəyyum olmaq istəyir.
Qeyd edək ki, Bakının Xətai rayonunda ailəsinin beş üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun bu gün məhkəməsi olub.
Bizim.Media