Şirvan məktəbində 39 minlik MƏNİMSƏMƏ - Cinayət işi açıldı 

Hazırda oxunan: Şirvan məktəbində 39 minlik MƏNİMSƏMƏ - Cinayət işi açıldı 

198933

Şirvan şəhər B.Aslanov adına 16 saylı tam orta məktəbdə baş verən qanunsuzluqlarla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsindən daxil olmuş material əsasında Şirvan şəhər prokurorluğunda araşdırma aparılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Şirvan şəhər prokurorluğu məlumat yayıb. 

İlkin araşdırma zamanı həmin məktəbdə guya əvəzçilik qaydasında dərslərin icra edilməsi, dərsdənkənar məşğələlərin keçirilməsi, müxtəlif dərnəklərin təşkil olunması və digər qanunsuz yollarla 39 min manatdan artıq dövlət vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. 

Fakta görə Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin