Bakıda qadını şantaj edən şəxs tutulub.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinə müraciət edən Masallı rayon sakini olan bir qadın aprelin 27-də tanışının onun şəkillərini sosial şəbəkədə paylaşacağı ilə hədələyib 200 manat pul tələb etməsini bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş E.Sultanov müəyyən edilərək saxlanılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:59 / 03.05.2021
Neftçala sakini qadını şantaj edib, pul tələb etdi
Hazırda oxunan: Neftçala sakini qadını şantaj edib, pul tələb etdi
Hazırda oxunan: Neftçala sakini qadını şantaj edib, pul tələb etdi
19893
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.