Samuxda “Son Zəng”lə bağlı təlimatın pozulduğu məktəbin direktoru ilə əmək müqaviləsinə xitam verilib.
Bizim.Media xəbər verir ki, bu haqda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, ümumi təhsil müəssisələrinə “Son Zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat öncədən göndərilib:
“Təəssüf ki, bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar da müşahidə olunub. Həmin hallarla bağlı araşdırma aparılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib”.
Qeyd edək ki, Samuxda keçirilən “Son Zəng” tədbirində direktor və məktəbin müəllim heyəti ilə məzunlar kriminal aləmə aid mahnı səsləndiriblər. Hadisə ictimaiyyət arasında birmənalı qarşılanmayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:07 / 24.06.2024
“Son Zəng"lə bağlı təlimatı pozduğu üçün məktəb direktoru işdən çıxarıldı
Hazırda oxunan: “Son Zəng"lə bağlı təlimatı pozduğu üçün məktəb direktoru işdən çıxarıldı
Hazırda oxunan: “Son Zəng"lə bağlı təlimatı pozduğu üçün məktəb direktoru işdən çıxarıldı
198839
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.