“Azərbaycanfilm”in daha bir vəzifəli şəxsi İŞDƏN AYRILDI – FOTO 

Hazırda oxunan: “Azərbaycanfilm”in daha bir vəzifəli şəxsi İŞDƏN AYRILDI – FOTO 

198820

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının İctimaiyyətlə Əlaqələr və Marketinq Şöbəsinin rəhbəri Ramil Ələkbərov işindən ayrılıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Facebook” hesabında yazıb.

O, yeni iş təkliflərinə açıq olduğunu bildirib:

““Azərbaycanfilm" kinostudiyasındakı iş fəaliyyətimi artıq sonlandırdım. Dəyərli iş yoldaşlarıma və yeni rəhbərliyə işlərində uğur arzu edirəm. "Azərbaycanfilm" kinostudiyası yaşamağa və daha uğurlu işlərə imza atmağa layiq bir brenddir. Bir əsrdən çox fəaliyyəti dövründə burada görülmüş işlər xalqın sərvətidir”.
Xatırladaq ki, bu ayın əvvəlində kinostudiyanın direktoru Nazim Hüseynov, aparat rəhbəri Aydın Hüseynov və direktor müavini, prodüser Emil Nəcəfov işdən çıxıblar. Hələlik kinostudiyanın direktoru vəzifəsini iyunun 21-də kinostudiyaya direktor müavini təyin olunan Əməkdar mədəniyyət işçisi, kino prodüseri Azər Quliyev icra edir.


Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin