Mayın 10-dan 17-dək nə baş verəcək? - Operativ Qərargahın üzvü DANIŞDI 

Hazırda oxunan: Mayın 10-dan 17-dək nə baş verəcək? - Operativ Qərargahın üzvü DANIŞDI 

19881

Ramazan bayramı ilə əlaqədar Azərbaycanda karantin rejiminin sərtləşəcəyinə dair söyləntilər var. Məlumatlara görə 7 günlük qeyri-iş həftəsində insanların doğmalarını və qohumlarını ziyarətdən çəkindirmək, sosial məsafənin qorunması üçün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən qadağalar tətbiq edilə bilər. Hətta qeyri-rəsmi məlumatlara görə mayın 10-dan 17-nə qədər Azərbaycanda tam qapanma tətbiq oluna bilər.    

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Rəşad Mahmudov bildirib ki, hazırda Azərbaycanda epidemioloji vəziyyət Ramazan bayramı günlərində sərt karantin rejiminin tətbiq edilməsinə ehtiyac yaratmır:

“Bu günkü yoluxma sayının azalma tendensiyası davam edərsə, cəmiyyət də bu rəqəmlərin artmaması üçün üzərlərinə düşən  məsuliyyəti artırarlarsa, Azərbaycanda xüsusilə Ramazan bayramı ilə əlaqədar hansısa sərt karantin rejiminin tətbiq ediməsi ehtimalı yoxdur. Hətta bu ehtimal sıfıra yaxındır. Arzu edək ki, Operativ Qərargah və aidiyyəti qurumlar əldə olan rəqəmləri nəzərə alaraq o qərara getsinlər”.

Qeyd edək ki, qardaş ölkə Türkiyədə aprelin 29-dan mayın 17-nə qədər tam qapanma tətbiq olunub. Artıq bununla bağlı ölkənin bütün şəhərlərinə təlimatlar göndərilib.

Xatırladaq ki, Ramazan bayramında 7 gün iş olmayacaq. Nazirlər Kabinetinin Qərarına əsasən 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri müəyyənləşib. İş mayın 16-dan başlayacaq.

Nazirlər Kabinetinin digər Qərarına əsasən mayın 9-dan 16-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin