Həbsdə olan jurnalist Cəmil Məmmədlinin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya məhkəməsində hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Məhkəmə hökmü qüvvədə saxlayıb.
Qeyd edək ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəmil Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən il avqust ayında keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsin istintaqın gedişinə mane olduğunu, müxtəlif üsullarla zərərçəkmişlərə təsir etdiyini əsas gətirərək onun həbs edilməsini istəyib. Məhkəmə vəsatəti əsaslı hesab edərək C.Məmmədli barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirini həbs qətimkan tədbiri ilə əvəz edib.
Cəmil Məmmədli ötən ilin yanvarında cinayət məsuliyyətinə cəlb edilib.
O, Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:31 / 24.06.2024
Məhkəmə həbsdə olan jurnalistlə bağlı QƏRAR VERDİ
Hazırda oxunan: Məhkəmə həbsdə olan jurnalistlə bağlı QƏRAR VERDİ
Hazırda oxunan: Məhkəmə həbsdə olan jurnalistlə bağlı QƏRAR VERDİ
198777
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.