Bu il neçə nəfər dənizdə boğulub? – DƏHŞƏTLİ STATİSTİKA 

Hazırda oxunan: Bu il neçə nəfər dənizdə boğulub? – DƏHŞƏTLİ STATİSTİKA 

İyunun 15-i Azərbaycanda dəniz mövsümü başlayıb. İnsanların sərinləmək və əylənmək məqsədilə getdikləri çimərliklər çox zaman onların ölüm yerinə çevrilir. Boğulma hadisələrinin artması ilə bağlı statistik məlumatlar.

198774

İyunun 15-i Azərbaycanda dəniz mövsümü başlayıb. İnsanların sərinləmək və əylənmək məqsədilə getdikləri çimərliklər çox zaman onların ölüm yerinə çevrilir. Boğulma hallarının çoxu vətəndaşların ehtiyatsızlığına görə olur. Çünki çoxu çimmək üçün qadağan olunmuş su hövzələrinə, qeyri-çimərlik ərazilərə üz tuturlar və nəticədə onları xilas etmək mümkün olmur.

Eyni zamanda, spirtli içki qəbul etdikdən sonra dənizə girənlər, yaxud daha dərinə üzənlər də çox zaman çimərliklərin qurbanı olurlar. 
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmazlı gənc dənizdə boğuldu


Maraqlıdır, çimərlik mövsümü başlayandan bu yana neçə nəfər dənizdə batıb?

Bizim.Media-nın araşdırmasına görə, son 9 gündə 4 nəfər Xəzərdə batıb, 3 nəfər isə batma təhlükəsi ilə üzləşib və xilas edilib.

Qeyd edək ki, dənizdə batanlardan biri azyaşlı olub. Boğulanlar Bakının Nardaran, Novxanı, Dübəndi, Bilgəh çimərliklərində batıblar. 

İyunun 10-da 1979-cu il təvəllüdlü Mikayıl Mirzəyev Dübəndidə, iyunun 14-ü azyaşlı uşaq Bilgəh çimərliyində, iyunun 24-də isə 23 yaşlı Xaçmaz rayonunun Qaracik Zeyid kənd sakini Ədil Həsrətov Novxanıda dənizdə boğularaq ölüb. Nardaranda ölən şəxsin kimliyi ilə bağlı isə hələ məlumat yoxdur. 

Dənizdə boğulma təhlükəsiz ilə üzləşən bəzi şəxslər isə xilas edilib.

Belə ki, Bakı şəhəri, Xəzər rayonunun Qala qəsəbəsi sakinləri 1988-ci il təvəllüdlü B.Hüseynov, 1997-ci il təvəllüdlü B.Axundov və 2005-ci il təvəllüdlü N.Cəfərzadə isə Buzovna çimərliyində batma təhlükəsi ilə üzləşsələr də, xilas olunublar.  

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin