Yay fəsli özünü göstərdiyi andan etibarən ölkəmizdə isti hava şəraiti davamlı müşahidə edilmir. Çünki gah dolu yağır, gah da yağış. Bəzi ekspertlər mövcud havaya aldanmamalı olduğumuzu və yayın çox quraqlıq keçəcəyini bildirirlər.
Maraqlıdır, bu fikirlərin əsası varmı? Bu yay bizi dəhşətli istilər gözləyir, yoxsa mülayim hava hökm sürəcək?
Bizim.Media mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.
Ekoloq Telman Zeynalov bildirib ki, bu il Azərbaycanda quraqlıq olmayacaq:
“Çünki yağıntılar çoxdur. Quraqlıq hansısa ölkədə ola bilər, Azərbaycan üçün düşünmürəm. Ötən yaya nisbətən bu yay daha sərin olacaq. Bizi bu yay hava anomaliyaları gözləmir”.
Ekoloq Ənvər Əliyev isə deyib ki, bu məsələ ilə bağlı proqnoz vermək doğru deyil:
“Azərbaycan kimi iqlim dəyişikliyi çox olan, oynaq hava şəraitinin müşahidə edildiyi ərazidə havanı əvvəldən proqnozlaşdırmaq asan deyil. Vaxtilə bəzi ekspertlər deyirdi ki, “yüzilliyin görünməyən istiləri olacaq”, heç nə olmadı. Bəziləri deyirdi ki, bu il “dəhşətli quraqlıq olacaq”, amma sel ölkəni aparır. Naxçıvan kimi yerin proqnozunu düzgün vermədilər, ötən il 60 faiz yağıntılar olub”.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:30 / 25.06.2024
“Bu yay ötənilkindən fərqli olaraq...” – Anomal istilər GÖZLƏNİLİR?
Hazırda oxunan: “Bu yay ötənilkindən fərqli olaraq...” – Anomal istilər GÖZLƏNİLİR?
Hazırda oxunan: “Bu yay ötənilkindən fərqli olaraq...” – Anomal istilər GÖZLƏNİLİR?
Bu yay ötənilkindən fərqli olaraq Azərbaycan hava şəraitində ciddi dəyişikliklər olacaqmı? Mütəxəssislərin fikirləri nədən ibarətdir? Daha çox məlumat üçün Bizim.Media-ya daxil olun.
198769
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.