Şabranda evə basqın zamanı öldürülən qadın müəllim olub - TƏFƏRRÜAT - FOTO

Hazırda oxunan: Şabranda evə basqın zamanı öldürülən qadın müəllim olub - TƏFƏRRÜAT - FOTO

Şabranda evə basqın zamanı öldürülən qadın müəllim olub. Şabranda fərdi yaşayış evində baş verən basqınla bağlı təfərrüatlar məlum olub. Basqın zamanı ev sahiblərinə balta ilə xəsarət yetirilib. Şabran rayon prokurorluğu cinayət işi açıb və soruşturma aparılır.

198751

Şabranda fərdi yaşayış evində baş verən basqınla bağlı təfərrüatlar məlum olub. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, basqın edən şəxslər ev sahibləri Gülnarə və Arif Hüseynovlara balta ilə baş nahiyələrindən xəsarət yetiriblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Şabranda evə BASQIN: Ölən və yaralanan var


Nəticədə qadın yerindəcə ölüb, həyat yoldaşının vəziyyəti isə ağırdır. Basqının oğurluq məqsədi ilə törədildiyi deyilir. Faktla bağlı Şabran rayon prokurorluğunda cinayət işi açılıb. Evə basqının tam səbəbi istintaqın sonunda məlum olacaq. 

Əldə etdiyimiz daha bir məlumata görə, Gülnarə Hüseynova Şabran şəhərindəki 3 saylı məktəbin müəllimi olub. 


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin