Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən evlərə “kupça” veriləcək? – AÇIQLAMA

Hazırda oxunan: Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən evlərə “kupça” veriləcək? – AÇIQLAMA

Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən evlərə “kupça” veriləcək məsələsi ilə əlaqədar Torpaq Məcəlləsinə yeni düzəlişlər planlaşdırılır. Ekspertlər yeni təkliflərin evlərin sənədləşməsinə necə təsir edəcəyi barədə məlumat verir.

198750

Xəbər verdiyimiz kimi, Torpaq Məcəlləsinə yenidən düzəlişlər ediləcək. Bu barədə artıq Milli Məclisdə müzakirələr başlanılıb. Qüvvədə olan qanuna əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. 

Layihəyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər.
 

MÖVZU İLƏ BAĞLI:

Sənədsiz evlərlə bağlı MÜHÜM AÇIQLAMA – “Bu ilin sonuna qədər...”


Bəs, yeni düzəliş bir zamanlar kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən evlərin Dövlət Reyestrinə alınmasına təsir edəcəkmi?

Suala əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Torpaq Məcəlləsinə təklif edilən düzəlişlər daha öncə kənd təsərrüfatı təyinatlı torpaqda tikilən evlərə şamil olunmayacaq:

“Çünki həmin evlərin sənədləşdirilməsi üçün ilkin olaraq torpaqlarda təyinat dəyişikliyi olmalıdır. Yaxud həmin daşınmaz əmlak sahəsinə amnistiya verilməlidir. Bu tətbiq olunmadıqca həmin yerlərdəki evlərə sənəd verilə bilməz. 

Çünki hər hansısa bir tikiliyə çıxarışın verilməsi üçün o tikilinin faktiki təyinatı ilə torpağın təyinatı eyniləşdirilməlidir. Yəni həmin tikilinin yerləşdiyi torpağın təyinatı da dəyişdirilib tikinti təyinatına çevirilməlidir. Əks halda belə bir tikiliyə çıxarış verilə bilməz. Ona görə də təklif edilən düzəlişlər tam fəqrli mahiyyət daşıyır. Məsələn, istifadə olun kənd təsərrüfatı torpağında əsaslı tikinti aparmaq üçün ərazinin yalnız bir faizindən istifadə etmək olar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin