Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiyalar paketini QƏBUL ETDİ

Hazırda oxunan: Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiyalar paketini QƏBUL ETDİ

198747

 

Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul edib. Rusiya Federasiyasının 116 fiziki və hüquqi şəxsi məhdudiyyətlərə məruz qalıb.
Bizim.Media xəbər verir ki, Brüssel, həmçinin Rusiya, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyənin 61 kompaniyasını 14-cü sanksiya paketinə daxil edib, onlara ikili təyinatlı texnologiyalarının ixracına məhdudiyyətlər qoyulub.

Avropa İttifaqı Rusiyadan maye qaz almağa davam etsə də, onun təkrar ixracını qadağan edib. Eyni zamanda üçüncü ölkələrə hərbi məhsul satan Avropa şirkətləri onların Rusiyaya təkrar ixracı ilə bağlı riskləri müəyyənləşdirməli və qiymətləndirməlidir.

Yeni sanksiyalar paketinə, həmçinin Rusiya maye qazının Avropa limanlarından tranzitinə məhdudiyyətlər, rusların Ukraynadan çıxardığı mədəni və tarixi sərvətlərin satışına qadağalar, bu ölkəyə helium idxalının, həmçinin elektron komponentlərin, manqan və digər nadir elementlərin ixracının məhdudlaşdırılması daxildir.

Yeni sanksiyalar paketində Avropa İttifaqının aviakompaniyalarına rusiyalı fiziki və hüquqi şəxslərin sifarişi ilə çarter və şəxsi uçuşlar həyata keçirmək də qadağan olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin