“Ərazilərimizin işğalı dövründə ölkəmizin ən saf və gözəl təbiətə malik bölgələrindən olan Qarabağ və Şərqi Zəngəzur Ermənistan hərbi birləşmələri tərəfindən dağıdılıb və təxmini hesablamalara görə 1.5 milyona yaxın mina və partlayıcı sursatlarla çirkləndirilib. Bu, minimum hesablama ilə zərərli maddələrlə çirklənmiş 480 ton plastik kütlə, ətraf mühitə atılan 12.600 ton karbon-dioksid emissiyası və digər zəhərli qazlar deməkdir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Xankəndidə keçirilən elmi-praktiki konfransda deyib.
O bildirib ki, 10285 kvadratmetr ərazi mina və partladılmamış sursatlarla çirkləndirilib və 10 min kvadratmetr ərazinin hamısı heç də mina sahəsi deyil:
"Döyüş gedən ərazilər mütləq təmizlənməlidir. Azad edilən ərazilərin hər birində təmizlənmə işləri aparılır. Bu ilin mina təmizilənmə üzrə illik planı 60 min hektardır. Bizə daxil olan istəklərin sayı 400 mindən artıqdır".
V. Süleymanov Xankəndidə çoxlu sayda tələ minaların aşkar edildiyini də bildirib.
Onun sözlərinə görə, minalanmış sahələrin heç bir hərbi məntiqi yoxdur:
"Təmas xətti başa düşüləndir. Hərbi olmayan ərazilər, qəbiristanlıqlar, evlər minalanmışdı”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:42 / 24.06.2024
"Xankəndidə çoxlu sayda tələ minalar aşkarlanıb" - ANAMA sədri
Hazırda oxunan: "Xankəndidə çoxlu sayda tələ minalar aşkarlanıb" - ANAMA sədri
Hazırda oxunan: "Xankəndidə çoxlu sayda tələ minalar aşkarlanıb" - ANAMA sədri
Xankəndidə çoxlu sayda tələ minalar aşkarlanıb. ANAMA sədri Vüqar Süleymanovun açıqlamalarına görə, mina və partladılmamış sursatlarla çirklənmiş ərazilərin təmizlənməsi vacibdir. Ərazidəki minaların hərbi məntiqi yoxdur və təmas xəttindən uzaqdırlar.
198743
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.