Şüvəlanda ölən mülki şəxs səs-küyə gələn qonşu olub - YENİ TƏFƏRRÜAT 

Hazırda oxunan: Şüvəlanda ölən mülki şəxs səs-küyə gələn qonşu olub - YENİ TƏFƏRRÜAT 

Şüvəlanda bu gün törədilən qətliamın yeni təfərrüatı məlum olub. 38 yaşlı Allahverdiyev Rövşən, dələduzluq maddəsi ilə axtarışda olması və vətəndaşlara zərər vurması ilə məşhur olmuşdur. Son dəqiqədə polis əməyi ilə qurbanlarını artıran Rövşən Allahverdiyev hadisələri həyata keçirmişdir.
198741

Şüvəlanda bu gün törədilən qətliamın yeni təfərrüatı məlum olub. 

Bizim.Media xəbər verir ki, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı  Allahverdiyev Rövşən dələduzluq maddəsi ilə axtarışda olub. O, bu dəfə ayrı-ayrı vətəndaşlara 1.5 milyon manata yaxın zərər vurub.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Bakıda atışma: 3 polis və 1 mülki vətəndaş qətlə yetirildi


Qeyd edilib ki, onun barəsində Xəzər Rayon Polis İdarəsində çoxsaylı şikayətlər olub.

Bir müddət əvvəl Türkiyədə yaşayan Rövşən Allahverdiyev bu yaxınlarda ölkəyə daxil olub və onun evdə olduğunu bilən polis əməkdaşları mənzilə yollanıblar.

Əvvəlcə polislərlə normal danışan Rövşən Allahverdiyev paltarını dəyişmək adıyla mənzilinə daxil olub və oradan ov tüfəngini götürərək qarşısındakıları güllələyib.

Qatilin növbəti qurbanı isə səs-küyə gələn qonşu olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin