“Sentyabr ayında dövlət qulluğuna qəbulla əlaqədar səriştə modelini sınaqdan keçirəcəyik”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bundan əvvəl səriştə modelinin axırıncı versiyası ilə bağlı beynəlxalq ekspertlərlə fikir mübadiləsi aparılacaq:
"Çox vacib mərhələdir. Bu model üzrə iki ildir işləyirik. Hazırda bu modelin tətbiqinə başlamaqla 2024-cü ildə sınaq, 2025-ci ildə isə qanunvericiliyə dəyişiklik etməklə dövlət qurumlarına işə qəbul prosesini həyata keçirəcəyik".
DİM sədri bildirib ki, səriştə modelinə əsaslanan qəbul daha keyfiyyətli, bacarıqlı, dövlət qulluğunda bütün prosesləri şəffaf keçirməyə imkan verəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:19 / 24.06.2024
Məleykə Abbaszadə: "Dövlət qurumlarına qəbul prosesində yeni model tətbiq ediləcək"
Hazırda oxunan: Məleykə Abbaszadə: "Dövlət qurumlarına qəbul prosesində yeni model tətbiq ediləcək"
Hazırda oxunan: Məleykə Abbaszadə: "Dövlət qurumlarına qəbul prosesində yeni model tətbiq ediləcək"
198735
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.