Yaxın 10-14 gün ərzində koronavirusdan ölüm hallarında azalma müşahidə olunacaq.
Bizim.Media xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişində həkim Ramin Nəriman deyib. O bildirib ki, hazırda vəziyyət müsbətə doğru gedir:
"Bu dalğada digərləri ilə müqayisədə daha az xəstə sayı müşahidə olundu. Karant rejimi tətbiq olunmadan da bu vəziyyətdən çıxmaq mümkün oldu. Düşünürəm ki, peyvəndlənmə belə aktiv olarsa, mayda bütün dünyada müsbətə doğru dəyişiklik olacaq. Növbəti aylarda həm hava temperaturu, həm də peyvəndlənmə prosesi ilə əlaqədar virus idarəolunan vəziyyətdə olacaq".
Ramin Nəriman qeyd edib ki, 3-ü dalğasında Azərbaycanda yaşlı nəsil arasında tələfat az olub
"Amma orta yaş qrupunda əksi müşahidə olundu. Çox güman ki, bu, peyvəndlənmə ilə bağlıdır. Yəni ilk yaşlı insanlar peyvənd olundu deyə, xəstəliyi yüngül keçirdilər".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:12 / 03.05.2021
Koronavirusla bağlı ŞAD XƏBƏR - ''Yaxın vaxtlarda...'' - VİDEO
Hazırda oxunan: Koronavirusla bağlı ŞAD XƏBƏR - ''Yaxın vaxtlarda...'' - VİDEO
Hazırda oxunan: Koronavirusla bağlı ŞAD XƏBƏR - ''Yaxın vaxtlarda...'' - VİDEO
19870
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.