Sərnişinlər Hava Limanına niyə 50 qəpik əvəzinə 1.30-a aparılır? - VİDEO

Hazırda oxunan: Sərnişinlər Hava Limanına niyə 50 qəpik əvəzinə 1.30-a aparılır? - VİDEO

Sərnişinlər Bakı Dəmiryolu Vağzalından Hava Limanına aparan ekspres avtobuslarda niyə 50 qəpik əvəzinə 1.30 gediş haqqı ödəyirlər? Avtobus sürücüləri, gediş haqlarının komfortlu avtobuslar üçün yüksək olmamasına və qanunsuzluğa narahat olmamalılar deyirlər. Yerüstü Nəqliyyat Agentliyi isə məsələnin qanunsuzluğunu etiraf etmir. Nazirlər Kabinetinin və Tarif Şurasının qərarına əsasən, sərnişindaşıma xidmətinin tarif limiti təyin olunub.
198686

Sərnişinlər Bakı Dəmiryolu Vağzalından Hava Limanına müntəzəm sərnişin daşıyan ekspres avtobuslarda gedişhaqlarının yüksək olduğunu düşünürlər.

Bizim.Media xəbər verir ki, sözügedən ekspress avtobuslar ilk və son dayanacaqları daxil, cəmi 4 ünvanda dayanırlar. Ödəniş “BakıKart”la qəbul edilir və məsafədən asılı olmayaraq hər bir sərnişin 1.30 qəpik ödəməlidir. Baxmayaraq ki, Bakı Dəmiryolu Vağzalından, Hava Limanına olan məsafə heç 30 km deyil.

Avtobus sürücüləri isə tam əskini düşünərək deyir ki, bu qədər komfortlu və müasir avtobuslarda gedişhaqları əksinə, aşağıdır.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyi bildirib ki, burada qanunsuz heç nə yoxdur.

Nazirlər Kabinetinin qaydalarına və Tarif Şurasının qərarına əsasən, "28 May" metrostansiyası - Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində ekspress rejimdə hərəkət edən avtobuslarda sərnişindaşıma xidmətinin tarifinin yuxarı həddi 1 manat 30 qəpik təsdiq edilib.

Daha ətraflı videomaterialda:
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin