Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko " X" hesabında paylaşım edib.
Bizim.Media xəbər verir ki, paylaşımda deyilir:
“İyunun 21-də Cəbrayıl rayonunda ANAMA əməkdaşının mina partlaması nəticəsində faciəli şəkildə həlak olması barədə xəbəri dərin hüznlə öyrəndik. Həmin şəxsin ailəsinə dərin hüznlə başsağlığı veririk. Aİ azərbaycanlıların təhlükəsiz həyatı naminə mina təhlükəsinin aradan qaldırılması səylərində Azərbaycanı və ANAMA-nı dəstəkləyir".
Qeyd edək ki, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində 21 iyun tarixində icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həlak olmuşdu.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:00 / 23.06.2024
Aİ rəsmisindən Cəbrayıldakı mina partlayışına REAKSİYA
Hazırda oxunan: Aİ rəsmisindən Cəbrayıldakı mina partlayışına REAKSİYA
Hazırda oxunan: Aİ rəsmisindən Cəbrayıldakı mina partlayışına REAKSİYA
Aİ rəsmisindən Cəbrayıldakı mina partlayışına reaksiya: Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko həlak olan şəxsə başsağlığı verərək, mina təhlükəsinin aradan qaldırılmasında Azərbaycanı və ANAMA-nı dəstəkləyir.
198679
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.