İyunun 22-də saat 19:07-dən başlayaraq zəhərlənmə şübhəsi ilə 46 nəfər (12 kişi cinsli, 28 qadın cinsli, 6 uşaq olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TƏBİB yayıb.
Mənbə bildirib ki, hər birinə zəruri tibbi xidmət göstərilib. Onlardan 18 nəfəri evə buraxılıb, 28 nəfərin müalicəsi davam edir, vəziyyətləri qənaətbəxşdir.
Xatırladaq ki, dünən Ağstafada "İnci" şadlıq sarayında keçirlilən toy məclisində kütləvi zəhərlənmə qeydə alınıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, Ağstafa rayonu Aşağı Göycəli kənd sakini Piriyev Məkan Rafiq oğlunun təşkil etdiyi toy mərasimində məişət (ev) şəraitində müvafiq temperatur rejiminə riayət edilmədən hazırlanan müxtəlif qidalar şadlıq sarayında istehlaka təqdim olunub. Həmin qidalardan nümunələr götürülərək laborator analizlərə cəlb edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:53 / 23.06.2024
Ağstafada şadlıq sarayında zəhərlənənlərin son durumu açıqlandı
Hazırda oxunan: Ağstafada şadlıq sarayında zəhərlənənlərin son durumu açıqlandı
Hazırda oxunan: Ağstafada şadlıq sarayında zəhərlənənlərin son durumu açıqlandı
Ağstafada şadlıq sarayında kütləvi zəhərlənmə hadisəsindən sonra 46 nəfərin vəziyyəti açıqlanıb. Məişət şəraitində müvafiq olmayan qidaların səbəb olduğu zəhərlənmə hadisəsi ilə bağlı detallar.
198622
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.