Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumlarla birgə Ağstafa rayonunda fəaliyyət göstərən “İnci” şadlıq sarayında baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı dərhal araşdırmalara başlanılıb.
AQTA-dan Bizim.Media-ya verilən xəbərə görə, hadisənin baş verdiyi axşam saatlarında Agentliyin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə həm şadlıq sarayına, həm də qidaların hazırlandığı yerlərə baxış keçirilərək müvafiq tədbirlər görülüb.
İlkin araşdırmalar zamanı məlum olub ki, Ağstafa rayonu Aşağı Göycəli kənd sakini Piriyev Məkan Rafiq oğlunun təşkil etdiyi toy mərasimində məişət (ev) şəraitində müvafiq temperatur rejiminə riayət edilmədən hazırlanan müxtəlif qidalar şadlıq sarayında istehlaka təqdim olunub. Həmin qidalardan nümunələr götürülərək laborator analizlərə cəlb edilib. Analizlərin nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, hadisə ilə əlaqədar Ağstafa rayon mərkəzi xəstəxanasına müraciət edən şəxslərin hər birinə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda araşdırmalar davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:40 / 23.06.2024
Ağstafada kütləvi zəhərlənmənin ilkin səbəbi açıqlandı
Hazırda oxunan: Ağstafada kütləvi zəhərlənmənin ilkin səbəbi açıqlandı
Hazırda oxunan: Ağstafada kütləvi zəhərlənmənin ilkin səbəbi açıqlandı
Ağstafada kütləvi zəhərlənmə hadisəsinin ilkin səbəbi açıqlandı. Qida Təhlükəsizliyi Agentliyi ilə birgə İnci şadlıq sarayında yaşanan hadisə ilə bağlı araşdırmalar davam edir.
198615
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.