Sertifikatlaşdırılma ilə bağlı dələduzluq hallarının yayılmasına RƏSMİ MÜNASİBƏT - VİDEO

Hazırda oxunan: Sertifikatlaşdırılma ilə bağlı dələduzluq hallarının yayılmasına RƏSMİ MÜNASİBƏT - VİDEO

198538

"Təəssüf ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı müəyyən dələduzluq hallarının yayıldığını müşahidə edirik".

Bizim.Media report-a istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı bildirib.

Onun sözlərinə görə, hazırda "WhatsApp"da səs yazısı vasitəsilə həqiqəti əks etdirməyən müxtəlif məlumatlar paylaşılır:

"İlk növbədə bildirirəm ki, sertifikatlaşdırma nəticələri "smslə gəlmir." Sertifikatlaşdırmanın test imtahanı mərhələsi avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir. İmtahan başa çatdıqdan dərhal sonra elan edilir. Yəni prosesdə iştirak edən müəllim imtahan zalından artıq nəticəsini bilərək çıxır.

Səs yazısında haqqında danışılan "imtahan komitəsi" adında bir anlayış və ya qurum yoxdur. İmtahan təşkilində bu adda hər hansı bir "komitə" fəaliyyət göstərmir.

Sertifikatlaşdırma prosesi Elm və Təhsil Nazirliyi tərəfindən elektron qaydada həyata keçirilir. Məqsəd, təbii ki, şəffaflığın təmin olunmasıdır".
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin