Bələdiyyələrlə İş Mərkəzinin rəisi işdən çıxarıldı

Hazırda oxunan: Bələdiyyələrlə İş Mərkəzinin rəisi işdən çıxarıldı

Bələdiyyələrlə İş Mərkəzinin rəisi işdən çıxarıldı Ədliyyə Nazirliyində kadr dəyişikliyi olub. Rəhman Məmmədov vəzifədən azad edildi, Həsənov Elmin Ağamusa oğluna yeni vəzifə həvalə olundu.
198502

Ədliyyə Nazirliyində kadr dəyişikliyi olub. 

Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, "Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 04 iyun 2024-cü il tarixli Fərmanı ilə Nazirlikdə struktur dəyişikliyi həyata keçirilib. 

Dəyişikliyə əsasən, Bələdiyyələrlə İş Mərkəzi ləğv edilərək, yerində Bələdiyyələrlə İş Baş İdarəsi yaradılıb. 

Bununla əlaqədar Rəhman Məmmədov vəzifədən azad edilərək Ədliyyə Nazirliyinin sərəncamına götürülüb.

Bələdiyyələrlə İş Baş İdarəsinin rəis əvəzi vəzifəsi Həsənov Elmin Ağamusa oğluna həvalə edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin