Xəbər verdiyimiz kimi, bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilib. Belə ki, sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin ilk gününə riyaziyyat fənnini tədris edən təhsilverənlər cəlb olunub.
Bizim.Media xəbər verir ki, Ümumilikdə ötən gün keçirilən test imtahanlarında 8 580 təhsilverən iştirak edib. Prosesin ilk günündə 97% davamiyyət qeydə alınıb.
Test imtahanı mərhələsi Naxçıvan şəhəri də daxil olmaqla, ölkənin 18 müxtəlif şəhəri üzrə 27 imtahan mərkəzində təşkil olunub.
Sertifikatlaşdırma imtahanında ölkə üzrə 38 təhsilverən riyaziyyat fənni üzrə maksimum bal toplayıb. Onlardan biri rus, qalanları isə Azərbaycan bölməsi üzrə maksimum – 60 bal toplamağa müvəffəq olublar. Həmçinin riyaziyyat fənni üzrə maksimum bal toplayan müəllimlərdən 3-ü kişi, 35-i isə qadın müəllimlərdir.
Maksimum bal toplayan müəllimlərin ən yaşlısının 56, ən gəncinin isə 27 yaşları olub. Ümumilikdə həmin müəllimlərin yaş ortalaması 36.5 olub.
Riyaziyyat fənni üzrə sertifikatlaşdırmanın test imtahanı mərhələsində ən yüksək nəticə göstərən müəllimlərin rayon və şəhərlər üzrə bölgüsü ilə bu linkdən tanış ola bilərsiniz:
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:28 / 22.06.2024
Ötən gün sertifikatlaşdırma imtahanında 38 müəllim maksimum bal toplayıb - SİYAHI
Hazırda oxunan: Ötən gün sertifikatlaşdırma imtahanında 38 müəllim maksimum bal toplayıb - SİYAHI
Hazırda oxunan: Ötən gün sertifikatlaşdırma imtahanında 38 müəllim maksimum bal toplayıb - SİYAHI
Ötən gün sertifikatlaşdırma imtahanında 38 müəllim maksimum bal toplayıb. Test imtahanında riyaziyyat fənni üzrə 97% davamiyyət qeydə alınıb. Ən yaşlı müəllimin 56, ən gəncinin isə 27 yaşları olub.
198440
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.