Uşaq bağçasında baş vermiş külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Şəki rayon prokurorluğu məlumat yayıb.
Məlumata görə, Şəki şəhər 16 saylı uşaq bağçasında yol verilən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı həmin uşaq bağçasının direktoru tərəfindən 2019-2023-cü illər ərzində öz qulluq mövqeyindən istifadə edilməklə ona etibar edilmiş 105 min manat məbləğində pul vəsaitinin müxtəlif yollarla mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:28 / 21.06.2024
Şəkidə uşaq bağçasında 105 minlik MƏNİMSƏMƏ - Cinayət işi açıldı
Hazırda oxunan: Şəkidə uşaq bağçasında 105 minlik MƏNİMSƏMƏ - Cinayət işi açıldı
Hazırda oxunan: Şəkidə uşaq bağçasında 105 minlik MƏNİMSƏMƏ - Cinayət işi açıldı
Uşaq bağçasında 105 min manatlıq mənimsəmə faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanıb. Cinayət maddələri: külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə.
198360
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.