Mingəçevirdə qəsdən adam öldürmə faktına görə cinayət işi başlanılıb.
Bu barədə Bizim.Media-ya Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Mingəçevirdə 25 yaşlı qadın QƏTLƏ YETİRİLDİ - Əri polisə təslim oldu
Bildirilib ki, iyunun 21-də saat 13 radələrində Mingəçevir şəhəri, Yeni həyat qəsəbəsi ərazisində 1999-cu il təvəllüdlü Aygün Vəliyevanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1990-cı il təvəllüdlü Elçin Əliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla arvadı Aygün Vəliyevaya xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Elçin Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Bizim.Media