Daşkəsən rayon ərazisində torpaq sürüşməsi nəticəsində qaya parçaları avtomobil yoluna düşüb. Magistral yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.
Bizim.Media xəbər verir ki, son günlər yağan güclü yağışlar səbəbindən torpaq sürüşməsi olub.
MÖVZU İLƏ BAĞLI:
Tovuzda yağış dağ uçqununa səbəb oldu - Kəndlərlə əlaqə kəsildi
Gəncə-Daşkəsən avtomobil yolunun Daşkəsən rayon Bayan, Qızılca və Danayeri ərazisindən keçən hissəsində baş vermiş torpaq sürüşmə nəticəsində iri qaya parçaları və torpaq kütləsi yola düşüb.
Avtomobillərin hərəkətində qismən çətinlik yaranıb. Hazırda aidiyyəti qurumlar tərəfindən yaranmış problemin aradan qaldırılması istiqamətində işlər görülür. (Report)
Bizim.Media