Lənkəranda Rusiya vətəndaşı qəza törədib.
Bizim.Media xəbər verir ki, hadisə Ələt-Astara magistralının Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Rusiya vətəndaşı olan 1964-cü il təvəllüdlü Tərlan Əsəd oğlu Tahirov idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə Astara istiqamətində hərəkətdə olarkən, idarəetməni itirib. Nəqliyyat vasitəsi yol kənarındakı məhəccərlərə çırpılıb.
Qəza nəticəsində avtomobildə olan sərnişinlər 1960-cı il təvəllüdlü Tamella Kərim qızı Tahirova, 1971-ci il təvəllüdlü Aytən Ziyafəddin qızı Qarayeva və 1968-ci il təvəllüdlü Rəhilə Kərim qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Yaralılara zəruri ilkin tibbi yardım göstərilib. Müalicələri xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:23 / 21.06.2024
Lənkəranda ağır QƏZA: Xəsarət alanlar var – FOTO
Hazırda oxunan: Lənkəranda ağır QƏZA: Xəsarət alanlar var – FOTO
Hazırda oxunan: Lənkəranda ağır QƏZA: Xəsarət alanlar var – FOTO
198326
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.