Hacıqabulda qaçırılan qız ailəsinə TƏHVİL verilib 

Hazırda oxunan: Hacıqabulda qaçırılan qız ailəsinə TƏHVİL verilib 

Hacıqabulda qaçırılan 15 yaşlı qız Qəbələdə tapılıb və ailəsinə təhvil verilib. Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumat verib.

198269

Xəbər verildiyi kimi Hacıqabulda 15 yaşlı qız ailə qurmaq məqsədilə qaçırlmışdı. Yeniyetmə qız Qəbələdə tapılıb və ailəsinə təhvil verilib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumat verib. Onun sözlərinə görə hazırda qız ailəsinin yanındadır.
 

MÖVZU İLƏ BAĞLI:

Hacıqabulda qaçırılan qız Qəbələdə tapıldı


DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Meyniman kənd sakini, 2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan şəxsin evlənmək məqsədilə digər rayona getdiyi məlum olub.

Polis əməkdaşları tərəfindən onun yeri müəyyən olunub və tapılaraq ailəsinə təhvil verilib. Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə Hacıqabul rayonunun Meyniman kəndində baş verib. 15 yaşlı qızın velosipedlə yol kənarına gəldiyi, orada velosipedi saxlayaraq maşına əyləşdiyi, avtomobilin rayon mərkəzinə doğru hərəkət etdiyi bildirilib. 

Faktla bağlı araşdırma aparılır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin