Yay fəsli (yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 00:50:56-da daxil olub.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Bizim.Media-ya verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (Bakı üçün 73⁰.1) olur.
Həmin gün ən uzun gündüz və ən qısa gecə yaşanır: gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olur.
Günəşə qədər məsafə 152.025 milyon kilometr təşkil edir. On dörd gündən sonra isə - iyulun 5-i saat 09:06-da Yer orbitinin Günəşdən ən uzaq nöqtəsində - afelidə, Günəşə qədər məsafə isə 152.1 milyon kilometr olacaq.
Yay fəslinin uzunluğu 93 gün 15 saat 52 dəqiqə 40 saniyə təşkil edəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:50 / 21.06.2024
Azərbaycana YAY gəldi
Hazırda oxunan: Azərbaycana YAY gəldi
Hazırda oxunan: Azərbaycana YAY gəldi
Azərbaycana YAY gəldi: Yay fəsli (yay Günəş duruşu) Azərbaycanın astronomiya tarixindəki əhəmiyyətli hadisələrindən biri olan Yay fəsi barədə məlumat.
198258
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.