“Boşluqdur. Sanki o getməyib, yox, sanki biz buludlu, ağlayan bir səmanın altında tək qalmışıq. O, sadəcə bir dost deyildi, dostluğun təcəssümü idi. Biz bir insanı, bir təbəssümü, sevinci yox, dostluğu itirdik!”
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Gənclər və İdman naziri Azad Rəhimovun vəfatı ilə bağlı feysbuk paylaşımında qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Azad Rəhimov dəfn edildi - YENİLƏNİB - FOTOLAR
“Onun kimi heç kim dostluq edə bilməz. Çətin ki, kimsə dostluğun Azad zirvəzinə yüksəlsin. O öz dostlarına güc, həyat eşqi ötürürdü. Biz elə bilirdik ki, həmişə belə olacaq. Ay Allah, nə qədər səhv etdik!!!"
"Qızıl qəlbinin parçalarını səndən bu qədər xəsisliklə aldığımıza görə bağışla bizi, Azad!"
"Biz necə israfçı olmuşuq və anlamamışıq ki, xoş ünsiyyət və dostluq verərkən, sən özün solursan”.
S.Seyidov Azad Rəhimovun xatirəsinin onu sevənlərin qəlbində daim yaşayacağını bildirib.
Bizim.Media