İyunun 21-22-də ölkənin bəzi rayonlarında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq edilib.
Bizim.Media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib ki, “sarı” xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Şamaxı, Siyəzən, Altıağac, Xızı, Şabran, Xaçmaz, Salyan, İmişli, Sabirabad, Ordubad, Culfa, Neftçala, Hacıqabul, Şirvan, Saatlı, Şəki, Balakən, Qax, Oğuz, Zaqatala, Tovuz, Samux, Ağstafa, Şəmkir, Qazax, Gədəbəy, Daşkəsəndə qısa müddətə küləyin sürəti 13.9-20.7 metr/saniyə olacaq.
“Narıncı” xəbərdarlığa uyğun olaraq Tərtər, Bərdə, Ağdam, Ağdərə, Göyçay, Yevlax, Zərdab, Ağcabədi, Beyləqan, Goranboy, Naftalan, Göygöl, Gəncə, Mingəçevir, Qobustanda isə küləyin sürəti saniyədə 20.8-28.4 metr təşkil edəcək.
Lakin Ağdaş və Ucar rayonlarında küləyin sürətinin qısa müddətə güclənəcəyi və “qırmızı” xəbərdarlığa uyğun olaraq 30 metr/saniyəyə çatacağı ehtimal olunur”, - deyə G.Abbasova bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:32 / 20.06.2024
Küləkli hava ilə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq ELAN EDİLDİ
Hazırda oxunan: Küləkli hava ilə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq ELAN EDİLDİ
Hazırda oxunan: Küləkli hava ilə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq ELAN EDİLDİ
Küləkli hava ilə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq. Küləklər ilə bağlı milli xidmətdən verilən narıncı xəbərdarlığa uyğun olaraq ölkənin dəyişik rayonlarında külək sürətlərinin artacağı haqqında məlumat.
198196
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.