Rusiyada tutulan 2 nəfər Azərbaycana GƏTİRİLDİ

Hazırda oxunan: Rusiyada tutulan 2 nəfər Azərbaycana GƏTİRİLDİ

198177

Beynəlxalq axtarışda olan 2 azərbaycanlı Rusiyadan ekstradisiya olunub.

Bizim.Media Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, beynəlxalq müqavilələrdən irəli gələn müddəalara uyğun olaraq, Azərbaycan vətəndaşları Hüseynov Rahib Sahib oğlu və İbrahimov Murad Teyyub oğlunun Rusiya Federasiyasından ekstradisiyası haqqında qərar qəbul olunub.

Belə ki, Abşeron rayon polis idarəsində ibtidai istintaqı aparılan cinayət işləri üzrə İbrahimov Murad Teyyub oğlunun qəsdən sağlamlığa ağır zərər vurma, Hüseynov Rahib Sahib oğlunun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, onlar barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilməklə beynəlxalq axtarışa veriliblər.

Onlar Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin