“Azərbaycan Dəmir Yolları”nın 8 illik VƏDİ - Hava Limanına dəmir yolu xətti nə zaman ÇƏKİLƏCƏK?   

Hazırda oxunan: “Azərbaycan Dəmir Yolları”nın 8 illik VƏDİ - Hava Limanına dəmir yolu xətti nə zaman ÇƏKİLƏCƏK?   

Azərbaycan Dəmir Yollarının 8 illik VƏDİsində Hava Limanına dəmir yolu xətti nə zaman çəkiləcək? Heydər Əliyev adına Beynəlxalq Hava Limanı və Binə qəsəbəsinə dəmir yolunun layihəsi haqqında məlumat.
198144

Ötən həftə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov mətbuata açıqlamasında Heydər Əliyev adına Beynəlxalq Hava Limanına və Binə qəsəbəsinə dəmir yolunun çəkiləcəyini deyib.

O, hazırda Vahid Nəqliyyat Strategiyasının hazırlandığını bildirib.

Bir neçə il bundan öncə, 2016-cı ildə də qurumdan Bakı Dəmir Yolu Vağzalından Heydər Əliyev Beynəlxalq Hava Limanına dəmir yolu xəttinin çəkilməsi layihəsi üzərində iş getdiyi barədə məlumat verilmişdi. Bakı Dəmiryolu Vağzalı ilə aeroportu birləşdirəcək dəmir yolu xəttinin uzunluğunun 25 km olması da qeyd edilmişdi. Həmin tarixdən 8 il keçsə də, layihə hələ reallaşmayıb.

Maraqlıdır, Heydər Əliyev adına Beynəlxalq Hava Limanına dəmir yolu xəttinin çəkilməsi nə zaman reallaşacaq və bu xətt hansı ərazilərdən keçəcək?

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bunlar mərhələli qaydada həyata keçiriləcək:

“Bakı şəhərinin Baş Planında Abşeron dairəvi dəmir yolu marşrutunun genişləndirilməsi, o cümlədən Hövsan və Binəyə dəmir yolunun bərpası nəzərdə tutulur. Hazırda bunun üçün Vahid Nəqliyyat Strategiyası hazırlanır. Bu strategiyaya əsasən, gələcəkdə Hövsan yolunun da bərpası planlaşdırılır. Eyni zamanda Binə qəsəbəsinə və Hava Limanına dəmir yolunun çəkilməsi sözügedən strategiyada qeyd olunub.

Bu işlər yaxın gələcəkdə mərhələli qaydada - ilk öncə sözügedən dəmir yolu xəttinin layihələndirilməsi, daha sonra isə maliyyənin ayrılması ilə dəmir yolu xəttinin çəkilməsi və müvafiq infrastrukturun yaradılması ilə reallaşdırıla bilər”.

Günay Şahmar, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin