Tanınmış alimi avtomobillə öldürən şöbə müdiri HAKİM QARŞISINDA

Hazırda oxunan: Tanınmış alimi avtomobillə öldürən şöbə müdiri HAKİM QARŞISINDA

198135

Tanınmış alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə təqsirləndirilən Azər Maqsudovun məhkəməsi başlayıb.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi təklif edilib.
Müşavirədən qayıdan hakim heyəti cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, qəza ötən ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.

Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.

A.Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Onun barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Məhkəmənin baxış iclası iyulun 4-nə təyin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin