Şəkidə məktəb binasında baş verən yanğın hadisəsi ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsi açıqlama verib.
Bizim.Media xəbər verir ki, hadisə istifadəyə yararsız binanın ikinci mərtəbəsində baş verib.
Qeyd olunub ki, iyunun 19-da təxminən saat 23:10-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki rayonu Turan qəsəbə tam orta məktəbinin həyətində yerləşən istifadəyə yararsız binanın ikinci mərtəbəsində yanğın hadisəsi baş verib:
"Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası və canlı qüvvəsi cəlb olunaraq yanğın söndürülüb. Yanğın ilə bağlı zərər çəkən olmayıb.
Yanğının baş vermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
							10:57 / 20.06.2024
							
						Azərbaycanda yanan məktəb binası ilə bağlı RƏSMİ AÇIQLAMA
						
							
								Hazırda oxunan: Azərbaycanda yanan məktəb binası ilə bağlı RƏSMİ AÇIQLAMA							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Azərbaycanda yanan məktəb binası ilə bağlı RƏSMİ AÇIQLAMA							
						198102
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































