"İtaliya səfirliyi vizaların verilməsində gecikmələrin olmasından xəbərdardır".
Bizim.Media "report.az"a istinadən xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko jurnalistlərin sualını şərh edərkən deyib.
"Biz bu məsələdən xəbərdarıq və bunun üzərində həm Romada, həm də burada bərabər şəkildə işləyirik. Ən yaxşı həll yolu axtarmaq üçün məsələnin mahiyyətini öyrənirik", - diplomat jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Azərbaycandan İtaliyaya viza almaq üçün müraciətlərin sayının artması sevindiricidir, çünki bu, ölkəyə artan marağın göstəricisidir.
"Lakin biz həm də vizanı gözləməyə çox vaxt sərf olunmasından narazıyıq. Lakin bu, milli səviyyədə deyil, Avropa İttifaqının standartlarıdır və biz heç nə edə bilmərik", - səfir bildirib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
							23:21 / 19.06.2024
							
						İtaliya səfirindən vizaların verilməsində gecikmələrlə bağlı AÇIQLAMA
						
							
								Hazırda oxunan: İtaliya səfirindən vizaların verilməsində gecikmələrlə bağlı AÇIQLAMA							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: İtaliya səfirindən vizaların verilməsində gecikmələrlə bağlı AÇIQLAMA							
						198071
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































