Yanan Doğum Evinin binası tarixi abidə imiş

Hazırda oxunan: Yanan Doğum Evinin binası tarixi abidə imiş

198034

Səbail rayonunun Qurban Abbasov küçəsi, 93 ünvanında yerləşən 5 nömrəli Kliniki Doğum Evi 3311 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsidir.

Bizim.Media xəbər verir ki, bu barədə "oxu.az"a Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

5 nömrəli Doğum evinin ərazisindəki yanğınla bağlı TƏBİB-dən AÇIQLAMA


Bildirilib ki, sözügedən bina 1930-cu ildə inşa edilib:

"İkinci Dünya müharibəsinə qədər şəhər mətbəxi kimi, müharibə zamanı təxliyə hospitalı, 1946-cı ildən doğum evi kimi fəaliyyət göstərib. Həmin dövrdə binanın görkəminə bir sıra dəyişikliklər, o cümlədən konstruktiv dəyişiklik olunub.

Bir müddət öncə binada qanunsuz aparılan təmir işlərinin qarşısı aidiyyəti dövlət orqanları ilə birgə alınıb, qanunvericiliyin tələbinə uyğun layihə əsasında işlərin həyata keçirilməsi diqqətə çatdırılıb.

Daha sonra Dövlət Xidmətinin nəzarəti altında və arxiv sənədlər əsasında layihə hazırlanıb. Bununla bağlı layihə müəllifləri ilə görüşlər keçirilmiş, abidənin ilkin görkəminə qaytarılması istiqamətində işlər aparılıb.

Layihə aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təsdiq olunub.

Həmin binada yanğının başvermə səbəbi və abidəyə dəyən ziyanla bağlı əlavə məlumat veriləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin