Paytaxtın Yasamal rayonunda naməlum şəxslərin müxtəlif ünvanlarda sorğu keçirməsi ilə bağlı sosial mediada yayılan görüntülər araşdırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, polis əməkdaşları tərəfindən həmin şəxslər müəyyən olunublar, onların əməllərində hər hansı cinayət tərkibi aşkarlanmayıb.
Onların xidmət sahəsində çalışan şirkətlərdən birinin menecerləri olduqları məlum olub:
"Sakinlərin narahatlığına hər hansı əsas yoxdur".
Bizim.Media