Baş verən zəlzələlər Xəzərin sahil hissələrində çökəkliklər yaradıb.
Bizim.Media xəbər verir ki, Hövsan qəsəbəsi ərazisində yerləşən çimərlikdə əslində çimmək tövsiyə edilmir, lakin yerli sakinlərin əksəriyyəti bu əraziyə üz tuturlar.
Ekspertlərin sözlərinə görə, nəzarət olmayan belə ərazilərdə çimmək batma təhlükəsini birə-beş artırır.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, aprel ayından etibarən ölkə ərazisində sahilboyu monitorinqlər keçirilir.
"Məqsəd təhlükəli ərazilərin müəyyən edilməsidir. Dalğıclar vasitəsilə sualtı müayinələr aparılır, yarğan, qəfləti dərinlik kimi təhlükələrin vaxtında aşkar edilməsi üçün işlər görülür. Hansı hissədə belə təhlükələr varsa, sualtı nişanlar qoyulur", - deyə məlumatda qeyd olunub.
Ətraflı süjetdə:
- A-
- A
- A+
Cəmiyyət
09:53 / 18.06.2024
Çimərliklərlə bağlı əhaliyə XƏBƏRDARLIQ – VİDEO
Hazırda oxunan: Çimərliklərlə bağlı əhaliyə XƏBƏRDARLIQ – VİDEO
Hazırda oxunan: Çimərliklərlə bağlı əhaliyə XƏBƏRDARLIQ – VİDEO
Çimərliklərlə bağlı əhaliyə xəbərdarlıq. Hövsan qəsəbəsindəki çimərlikdə yaşananlar və Fövqəladə Hallar Nazirliyinin monitorinq çalışmaları haqqında açıqlamalar.
197815
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.