Gərgin CƏMİYYƏTİMİZ - İnsanlar niyə AQRESSİVLƏŞİB? 

Hazırda oxunan: Gərgin CƏMİYYƏTİMİZ - İnsanlar niyə AQRESSİVLƏŞİB? 

197763

Ətrafımızdakı insanların gün keçdikcə daha aqressiv, əsəbi olması danılmaz faktdır. Sanki, hər kəs nədənsə narazıdır. İnsanlarda gərginliyə, mübahisəyə və yersiz iradlara meyillilik hökm sürür. Bütün bunlar isə insanın psixikası və əsəbləri ilə birbaşa əlaqəlidir. 

Maraqlıdır, insanların bu qədər gərgin,  aqressiv olmasının, əsəblərini cilovlaya bilməmələri nədən qaynaqlanır? 

Mövzuyla bağlı Bizim.Media –ya danışan psixoloq Əfsanə Rüstəmova bildirir ki, gözləntilərlə şərtlər uzlaşmayanda insanda aqressiya yaranır.

“Bəzən gözləntilərimiz real olmur və bu gözləntimiz müsbət nəticə verməyəndə ətraf mühitə qarşı aqressiya yaranır. Bizlər gözləntilərimizi minimuma endirsək və ya yolun bizə nə vəd edəcəyini gözləsək bəlkə də məmnunluq hissi yaranar. Özümüzə belə bir sual verməliyik ki, həyatımızda nə çatışmır ki, aqressiya var? Aqressiyanı azaltmaq yerinə məmnuniyyətimizi artırmaq üzərində işləməliyik. Yəni həyatımıza aqressiyanı çəkməməliyik. Məmnuniyyətimizin artması isə öz standartlarımıza bələd olub, real olan gözləntilərə girməklə mümkündür”. Psixoloq insanların aqressiv olma səbəblərinin əslində çox olduğunu vurğulayıb:

“Özəl səbəblər, sosial problemlər, psixoloji problemlərdir ki, əslində bunların hər birini idarə etmək elə insanın öz əlindədir. Həyatımızda çox şeylər baş verir. Biz öz standartlarımıza cavabdeh olsaq, öz gözləntilərimizi real şəkildə gözləsək məmnuniyyət hissimiz artmış olar”, - deyə psixoloq qeyd edib. 

Nailə Kərim, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin