İyunun 15-də və 16-da ölkə ərazisində qeydə alınan 76, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 70, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.
İtkin düşmüş kimi axtarışda olan 20 nəfər ötən iki gündə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:23 / 17.06.2024
Cinayət törədən 53 nəfər TUTULDU - SON 2 GÜNDƏ
Hazırda oxunan: Cinayət törədən 53 nəfər TUTULDU - SON 2 GÜNDƏ
Hazırda oxunan: Cinayət törədən 53 nəfər TUTULDU - SON 2 GÜNDƏ
Cinayət törədən 53 nəfər TUTULDU - SON 2 GÜNDƏ İyunun 15-də və 16-da ölkə ərazisində qeydə alınan 76 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
197680
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.