Fədayə Laçın yetim uşağa analıq edib - FOTO

Hazırda oxunan: Fədayə Laçın yetim uşağa analıq edib - FOTO

197654
Bir neçə gündür "Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovun həbsdən qaçmasına köməklik etməsində təqsirləndirilərək həbs edilən Fədaylə Laçın haqqında söz-söhbətlər səngimək bilmir. Əksər insanlar onu qınasa da, bir çoxları müğənniyə haqq da qazandırırlar.

Milli.Az Fədayə Laçın haqda daha bir məlumatı əldə edib. Belə ki, məşhur oğlu ilə yanaşı bir uşağa da analıq edib. Məlumata görə anasını erkən itirən həmin oğlan Fədayə Laçının oğlu Əlhəmin uşaqlıq dostu olub. Müğənni müsahibələrində bu haqda danışmağı xoşlamasa da məlumatı elə bir neçə ay öncə Milli.Az-a vermişdi:

"Bəli, Əlhəmin dostudur, mənim də balamdır. Əslində, bunları danışmağı xoşlamıram. O oğlumu evləndirmişəm, bu günlərdə nənə olacağam. O, məndən ayrı yaşasa da, bir əli üstümdədir. Bilir ki, mən yemək yeməmişəm, gətirib yeməyi qoyur yanıma ki, durub yeyim. Uşaqlığından mənim himayəmdə böyüyüb. Onu heç bir vaxt oğlumdan ayırmadım".

Qeyd edək ki, müğənninin oğlu Əlhəm qəzəlxandır.


Fədayə

Fədayə

Fədayə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin