Sabah günün ikinci yarısından sonra havanın temperaturu dəyişəcək.
Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, bəzi ərazilərdə hava tutulacaq, yağış yağacaq.
Bölgələrdə də havanın temperaturu bir qədər enəcək.
Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda günorta saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Bizim.Media